Bakı. Trend:
Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasıprezidentliyə namizədinin adını açıqlayıb.
Trend xəbərverir ki, partiyanın siyasi şurasının noyabrın 27-də keçiriləniclasında Mixail Kavelaşvilinin Gürcüstan prezidentliyinənamizədliyi irəli sürülüb.
Bu barədə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilipartiyanın ofisində keçirilən brifinqdə məlumat verib.
Xatırladaq ki, Gürcüstan prezidentinin seçkiləri dekabrın 14-nə,andiçmə mərasimi isə dekabrın 29-na təyin edilib. Bu il ilk dəfəolaraq prezident ümumxalq səsverməsi ilə deyil, SeçicilərKollegiyasının 300 üzvü tərəfindən seçiləcək.