AZ

Mərkəzi Elmi Kitabxananın fonduna ekoloji problemlərin həllinə dair nəşrlər daxil edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fonduna dünyada ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqinə dair nəşrlər daxil edilib.

Kitabxanadan TƏHSİL.BİZ -ə bildirilib ki, “Yaşıl kimya və onun inkişaf perspektivləri”, “Yeni nəsil iqtisadiyyat: rəqəmsallaşma və inkişaf”, “Plastik tullantılar və ətraf mühit”, “Daşqınlar və ətraf mühit”, “Ekolinqvistika: Oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” və “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” MEK-in fonduna daxil edilən yeni nəşrlərdir.

MEK-in fondlarında olan nəşrlərdən onlayn istifadə etmək istəyən oxucular kitabxananın saytındakı E-xidmətlər bölməsindəki e-kitabxanaya daxil ola bilərlər.

Seçilən
29
tehsil.biz

1Mənbələr