AZ

Emin Həsənli Türkiyədə görüşlər keçirib

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin Türkiyənin hərbi yönümlü QHT-ləri ilə uzunmüddətli sıx əməkdaşlığı var. 2014-cü ildə başlayan bu əməkdaşlıq çərçivəsində qarşılıqlı səfərlərlə da həyata keçirilir.

Herbiand.az xəbər verir ki, Türkiyədə səfərdə olan birlik sədri Emin Həsənli Ankarada hərbi yönümlü  təşkilatların mərkəzi ofisində olub, təşkilat sədrləri ilə görüşlər keçirib.

Emin Həsənli ilk olaraq Türkiyənin Müharib Qazilər Dərnəyinin mərkəzi ofisində olub.

Bu dərnək Koreya müharibəsinin iştirakçılarını və Kıprız savaşı veteranlarını özündə birləşdirir. Türkiyənin hərbi yönümlü dörd təşkilatından biridir. Türkiyədə çox böyük nüfuza malik bu təşkilat 1984-cü ildə ayrıca qanunla yaradılıb. Dərnək üzvləri Türkiyə ilə yanaşı Cənubi Kopreya və QKTC-də hörmət və sayğı qarşılanır.

Dərnək sədri və idarə heyəti hər zaman olduğu kimi bu görüşdə də “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədrini böyük hörmət və ehtiramla qəbul etdiblər.

Emin Həsənlinin Herbiand.az-a verdiyi məlumata görə, çox önəmli məsələlər müzakirə olunub:

“Qarşılıqlı əlaqələri, Azərbaycan qazilərinin hər il davamlı olaraq səfərlərin təşkili, Azərbaycanın haqq işinə Türkiyə qazilərinin dəstək verməsi, Türkiyənin haqq işini Azərbaycan qazilərinə dəstək verməsi və Türkiyədə olan bir çox təcrübəni Azərbaycana, Azərbaycanda olan müsbət təcrübənin Türkiyə tətbiqi baxımından önəm daşıyan əməkdaşlıq müzakirə olundu. Təşkil olunan qarşılıqlı səfərlər zamanı həm Türkiyə, həm də Azərbaycanın rəsmi şəxsləri ilə yüksək səviyyəli görüşlər keçirmək, ictimaiyyətlə görüşlər keçirmək, Türkiyənin və Azərbaycanın önəmli yerlərində şəhərlərində olmaq, şəhidlikləri ziyarət etmək və bu əlaqələr baxımından çox önəmlidir”.

Birlik sədri Müharib Qazilər Dərnəyinin Qazi Mustafa Kamal Atatürkün “Türkiyənin Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,  Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ideyasına hər zaman sadiq olduqlarını xüsusi qeyd edib.

Emin Həsənli bundan sonra Türkiyənin Ehtiyatda Olan Zabitlər Birliyinin mərkəzi qərargahında olub. Burada birlik sədri general polkovnik Ərdoğan Karakuşla görüş keçirib.

“Ərdoğan Karaquş Türkiyənin ən önəmli hərbi ekspertlərindən biridir. Uzun müddət Silahlı qüvvələrinin hava qüvvətlərində hava qoşunlarında ən yüksək vəzifələrdə xidmət edib. Eyni zamanda Türkiyə hava qurumunun rəhbəri olub. Türkiyənin ən önəmli hərb tarixi araşdırmaçılardan biridir. Karaquş Azərbaycan ordusunun 44 günlük müharibədə və  antiterror tədbirlərində çox böyük zəfər əldə etdiyini hər zaman olduğu kimi bu görüşümüzdə də xüsusi vurğuladı. Bu savaşda Azərbaycanın üç min şəhid verməsini qəhrəmanlıq nümunəsi kimi dəyərləndirən general Azərbaycan gəncinin bu savaşda göstərdiyi qəhrəmanlığın qururverici olduğunu bildirdi. O da hesab edir ki, Azərbaycan gəncliyinin öz torpaqlarının azad edilmək üçün hər cür fədakarlığa hazır olduğunu bütün dünya gördü.

Ərdoğan Karaquş bir hərb tarixi araşdırmaçısı olaraq Prezident İlham Əliyevin Ali Baş Komandan kimi həm hərbi, həm də diplomatik cəbhədə uğurunun tarixə qızıl hərflərlə yazıldığını bildirdi. Ərdoğan Karaquş bu gün dünyanın müxtəlif yerlərində  - Yaxın Şərqdə, Rusiya və Ukraynada gedən proseslərə toxunaraq Azərbaycan dövlətinin Qarabağı azad etməsi üçün çox doğru zaman seçdiyini də qeyd etdi.

Azərbaycan Ordusu həm döyüş hazırlığı, həm mənəvi psixoloji hazırlığı, həm də ordunun idarə edilməsi baxımından çox önəmli addımlar atıldı və bu qələbə Azərbaycanın gələcək qələbələrinin təməlidir”.

İki təşkilat rəhbərinin söhbəti zamanı Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti bir daha qeyd olunub. COP29 kimi bir tədbirin yüksək səviyyədə təşkili, dünyanın müxtəlif ölkələrindən minlərlə sadə insanın, mütəxəssisin və nəhayət ölkə liderlərinin Bakıya gəlməsi onların təhlükəsiz və təşkilati baxımdan yüksək səviyyədə qarşılanması xüsusi vurğulanıb.

“Ərdoöan Karaquş bu cür tədbirlərin təşkilində Azərbaycanın artıq çox böyük təcrübəyə malik olmasını və bu işlərin təşkilində Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini, diplomatik bacarığını xüsusi qeyd etdi. Eyni zamanda böyük iradə, böyük məharət, böyük diplomatik bacarıq tələb edən tədbirin təşkilində Azərbaycan dövlətinin çox böyük kadr ordusunun mövcudluğunu Ümummilli Lider Heydər Əliyevin xidməti olduğunu yada saldı. Və bildirdi ki, Prezident İlham Əliyev də bu işləri günün tələbinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirir.

General Türkiyə və Azərbaycan qardaşlığının həm prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dostluğu, həm də iki xalqın böyük uğuru olduğunu bildirdi”.

Görüş zamanı Emin Həsənli və Ərdoan Karaquş bu qardaşlığın müxtəlif  - vətəndaş cəmiyyti, sosial, mədəni, idman və media sahəsində davamlı əlaqələr üçün yaxşı bir zəmin olduğunu bir daha vurğulayıblar.

“Biz eyni zamanda hərbi yönümlü təşkilatların da belə əlaqələrinin daha da inkişaf etdirilməsi, yeni-yeni layihələrin gerçəkləşməsi və qarşılıqlı səfərlərin 2025-ci  və sonrakı illərdə də davam etməsi üçün qərarlı olduğumuzu bir daha bildirdik”.

Seçilən
16
herbiand.az

1Mənbələr