AZ

Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”

Bir neçə gün bundan əvvəl Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimov qonaq olduğu verilişlərin birində müğənni Vəfa Şərifova haqda müzakirə yaradan açıqlama verib. Şərifovanın müəllimi bildirib ki, ifaçı hətta ariya da oxuya bilər, bunun üçün cəmi 2 ay hazırlıq kifayətdir. Bu fikirlər isə sosial şəbəkələrdə xeyli səs-küyə səbəb olub və qeyri-ciddi qarşılanıb.

Görəsən, həqiqətən Vəfa Şərifovanın səsi ariya oxumağa imkan verirmi?

Publika.az məsələ ilə bağlı müğənni Tacir Şahmalıoğluna sual ünvanlayıb. 7 il V.Şərifovaya müəllimlik edən ifaçının cavabı isə belə olub:

“Hərənin öz fikri var. Hər kəs bu məsələdə azaddır. Kiməsə deyə bilmərəm ki, kim kimə nə öyrədir, niyə öyrədir? Mənim İntiqam müəllimə heç bir iddiam, kin-küdurətim yoxdur. Bir azərbaycanlı balası kimi ona hörmət edirəm. Hazırda qarşılaşsaq, salam verib keçərəm. Onu heç vaxt təhqir etməmişəm, etmərəm də. Sadəcə olaraq, efirdə fikrimi demişəm. Mənim nəyimə gərək kim-kimə ariya öyrədir?”

Seçilən
0
9
publika.az

10Mənbələr