AZ

Spikerdən deputatlara İRAD: “Sizə qulaq asdıqca, adamı dəhşət bürüyür”

“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Parlamentin spikeri çıxış edən bir neçə deputata öz çıxışlarında sosial sahədə görülən işlər barədə danışmaqlarını məsləhət görüb:

“Sosial sahə ilə bağlı bu qədər işlər görülür, nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?".

Milli Məclisin sədri deputatların çıxışlarında fevral ayında Milli Məclisə təqdim edilən hesabata istinad edərək danışmalarını tələb edib.

Qeyd edək ki, daha əvvəl çıxış edən bir neçə deputat bölgələrdəki işsizlik, ünvanlı sosial yardımın təyinatındakı problemlər, əlilliyin təyinatı ilə bağlı mövcud problemlərə toxunublar./Bizim.Media

Seçilən
2
2
news24.az

10Mənbələr