AZ

“Münasibətlərin yüksələn xətlə davam edəcəyinə ümid edirik” - ŞƏRH OLUNDU

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa telefon zəngi həm Azərbaycan, həm də Amerika ictimaiyyətində böyük maraq doğurdu. Dövlət başçısı Donald Trampın prezident seçilməsini Amerika xalqının onun siyasi kursunu dəstəkləməsi kimi qiymətləndirdi. Eyni zamanda Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin edilməsində böyük rol oynadığı da vurğulandı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.Deputat bildirib ki, ABŞ dünyanın aparıcı, iri dövlətlərindən biridir: “ABŞ-ın bütün sahələr üzrə həyata keçirdiyi siyasət dünyada gedən proseslərə ciddi təsir göstərir. Bu baxımdan Donald Trampın prezident seçkiləri dövründə verdiyi bəyanatlar böyük diqqət doğururdu. Bu bəyanatlar ABŞ-ın təhlükəsizlik sistemində rolunun möhkəmləndirilməsində, konfliktlərin aradan qaldırılması, müharibələrin dayandırılması, eyni zamanda bəşəriyyətin inkişafına zərər vuran neqativ halların aradan qaldırılması kimi tezislər səsləndirildi. Prezident cənab İlham Əliyev Donalt Trampın prezidentliyi dövründə bunların böyük rol oynayacağını bir daha vurğuladı.Dövlət başçısı Amerikanın yeni prezidenti ilə telefon danışığı zamanı Trampın birinci prezidentliyi dövründə Azərbaycan-Amerika münasibətlərinin yüksək səviyyədə olduğunu və bundan sonra da bu xəttin davam etdiriləcəyinə ümid bəslədiyini qeyd etdi. Donald Tramp birinci prezidentliyi dövründə dünyada gərginliyin azaldılması, hərbi münaqişələrin dayandırılması istiqamətində böyük işlər gördü. Tramp ABŞ-ın yeganə prezidentlərindəndir ki, onun hakimiyyəti dövründə ABŞ heç bir hərbi münaqişədə iştirak etmədi, heç bir ölkəyə hərbi qüvvəsini göndərmədi. Seçki ərəfəsində D.Trampın Rusiya-Ukrayna müharibəsini dayandıracağı ilə bağlı fikirləri diqqəti cəlb edirdi. Şübhəsiz ki, müharibənin dayandırılması, Rusiya ilə gərginliyin azaldılması dünyada təhlükəsizliyin təmin edilməsində böyük rol oynayar. Bu baxımdan ölkə başçısının D.Trampla telefon danışığında məhz bu məsələlərə diqqət yetirməsi çox mühüm idi. Belə ki, Azərbaycan da istənilən problemin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verir, həmçinin təhlükəsizlik və stabilliyin qorunmasını beynəlxalq birliyin əsas məsələlərindən birini hesab edir. Bu mənada ölkə başçısının Trampla telefon danışğı əlaqələrin inkişafına və beynəlxalq sistemdəki risklərin azaldılmasına kömək edəcək ”.

Müəllif: Səbinə Hüseynli

Seçilən
0
1
sesqazeti.az

2Mənbələr