AZ

"Azfen"in gəliri və xalis mənfəəti kəskin azalıb

"Azfen"in gəliri və xalis mənfəəti kəskin azalıb

"Azfen" MMC 2023-cü ili 11 milyon 466 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 81 milyon 394 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən ili "Azfen"in xalis mənfəəti 69 milyon 928 min manat və ya 86% (7,1 dəfə) azalıb. Xalis mənfəətin azalması gəlirlərinin düşməsilə əlaqədardır.AFN.az marja.az-a istinadən xəbər verir ki, "Azfen"in müqavilələrdən gəlirləri 2022-ci ildə 569 milyon 758 min manat ikən, 2023-cü ildə 217 milyon 552 min manata düşüb (352 milyon 205 min manat və ya 62% (2,6 dəfə) azalıb).ŞİRKƏT KİÇİLİBÖtən il Şirkətin cəmi aktivləri 45 milyon manata yaxın və ya 14% azalaraq 276 milyon 572 min manata geriləyib. "Azfen"in cəmi aktivləri 2022-ci ilin sonunda "Azfen"in cəmi aktivləri 321milyon 503 min manata çatmışdı.AZFEN 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin "Tekfen İnşaat və Təsisat A.Ş." tərəfindən təsis edilmiş tikinti şirkətidir.

Seçilən
3
2
afn.az

3Mənbələr