“Məhəmməd Cavad Zərifin vitse-prezident təyin edilməsi qanunsuzdur”.
"AzPolitika" xəbər verir ki, bunu bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf plenar iclasda Məhəmməd Cavad Zərifin (sabiq XİN rəhbəri) ölkə prezidenti Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini təyin edilməsini tənqid edərkən deyib.
“Mən daha əvvəl də demişəm ki, cənab Zərifin vitse-prezident vəzifəsinə təyinat alması qanuna ziddir və bununla bağlı hüquqi prosedura riayət edilməlidir”, - deyə, Qalibaf vurğulayıb.
Qeyd edək ki, dünən deputat Həmid Rəsai parlamentdə Zərifin övladlarının ikili vətəndaşlığı ilə bağlı xəbərdarlıq edib.
"AzPolitika.info"