AZ

Zaxarova "Birinci kanal"ın Almaniya bürosunun bağlanmasına cavab veriləcəyini deyib

Zaxarova Rusiyanın Rusiyanın "Birinci Kanal"ının Almaniyadakı bürosunun bağlanmasına münasibət bildirib.

Qaziler.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, Rusiya "Birinci kanal"ın Almaniyadakı bürosunun bağlanmasına cavabını bu gün, noyabrın 27-də açıqlayacaq.

Berlin telekanalın ölkədəki bürosunu bağlamaq qərarına gəlib və işçilərinə Almaniyanı tərk etməyi əmr edib.

"Cavab tədbirləri bu gün elan olunacaq”, - diplomat bildirib.

Bir müddət əvvəl "Birinci Kanal" Almaniya hakimiyyətinin ölkədəki Birinci Kanal ofisini bağlamaq və yerli Avropa Parlamentinin deputatı qarşısında “Banderanın xalqı uduzacaq” deyən rusiyalı jurnalist İvan Blaqoyu ölkədən çıxarmaq qərarına gəldiyini bildirmişdi. Almaniya rəhbərliyinin hazırladığı sənəddə Blaqoy, eləcə də operator Dmitri Volkov dekabrın əvvəlində ölkəni tərk etməlidir. Qərar “Almaniyanın təhlükəsizlik siyasətinin maraqları” ilə əsaslandırılıb.

QAZİLER.AZ

Seçilən
20
qaziler.az

1Mənbələr