AZ

Mixail Kavelaşvili: Gürcüstan prezidenti cəmiyyəti birləşdirən şəxs olmalıdır - YENİLƏNİB

Gürcüstanın prezidentliyinə namizəd Mixail Kavelaşvili cəmiyyəti milli maraqlar, ölkənin müstəqilliyi ideyası ətrafında birləşdirmək üçün əlindən gələni edəcəyini bildirib.

“Far.Az” xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

"Mən Gürcüstan prezidenti vəzifəsinin böyük məsuliyyətini dərk edirəm. Ən vacib fakt ondan ibarətdir ki, Gürcüstan prezidenti cəmiyyəti birləşdirən şəxs olmalıdır. Mən gürcü cəmiyyətini, milli maraqlarımız, müstəqillik ideyası ətrafında birləşdirmək üçün əlimdən gələni edəcəyəm. Əminəm ki, cəmiyyət bizi dəstəkləyəcək və Gürcüstanımızı daha güclü edəcək", - o bildirib.

11:07

Gürcüstanın prezidentliyə namizədi Mixail Kavelaşvili olacaq.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvili açıqlayıb.

Bəyanat “Gürcü Arzusu”nun Siyasi Şurasının iclasından sonra verilib.

Namizədlik məsələsi ilə bağlı “Gürcü Arzusu” bu gün səhər, əvvəlcə Siyasi Şuranın, sonra isə müxalifət partiyasının iclasında müzakirə edilib.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək, yeni prezidentin andiçmə mərasimi isə dekabrın 29-da olacaq. Bu il ilk dəfə olaraq prezident seçkiləri 300 nəfərdən ibarət seçki kollegiyası tərəfindən keçiriləcək.

Seçilən
35
far.az

1Mənbələr