AZ

NATO Kiyevə dəstək oldu

NATO Şimali Atlantika Alyansı Rusiyanın "Oreşnik" ballistik raketindən istifadə etməsi fonunda Ukraynaya dəstəyi davam etdirəcəyini vəd edib.   Manset.az bu barədə xarici emdiaya istinadən xəbər verir. “Görüş zamanı NATO-nun müttəfiqləri Ukraynaya dəstəyini bir daha təsdiqlədilər”, - NATO-Ukrayna Şurasının videobağlantı vasitəsilə keçirilən iclasının yekunlarına dair press-relizdə deyilir. NATO qeyd edib ki, Ukrayna tərəfi “Oreşnik” raket hücumu barədə alyansı məlumatlandırıb. Alyans onu da əlavə edib ki, NATO-Ukrayna Şurasının növbəti iclası dekabrın 3-4-nə planlaşdırılıb. Qeyd edək ki, noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri ən yeni orta mənzilli raket sistemlərindən biri - “Oreşnik” nüvəsiz ballistik raketi ilə Ukraynaya zərbə endirib.

 

Seçilən
14
manset.az

1Mənbələr