AZ

Fitso Putinin dəvətini qəbul edib - Moskvaya səfər edəcək

Hurriyyet.az "Yevropeyskaya pravda" nəşrinə istinadla xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso RF Prezidenti Vladimir Putinin dəvəti ilə faşizm üzərində qələbənin 80 illiyi müasibəti ilə Moskvada keçiriləcək 9 May tədbirlərində iştirak edəcək.

Ukraynada müharibə başlanandan bəri Slovakiyanın heç bir təmsilçisi Rusiyaya rəsmi səfər etməyib.

Fitso bu qərarını sosial şəbəkədəki səhifələrində təsdiqləyib. O, SSRİ-nin Qızıl Ordusunun II Dünya müharubəsində faşizm üzərində qələbədəki rolunu qeyd edərək yazıb: "Slovakiya Respublikasının vətəndaşları Qızıl Ordunun 1944-45-ci illərdə torpaqarımızı azad etməsi ilə bağlı bütün yubileyləri və hadisələri minnətdarlıq və hörmətlə xatırlayırlar".

Hürr Tərcüman

 

Seçilən
9
hurriyyet.az

1Mənbələr