AZ

Nanə yağının faydaları nələrdir?

Nanə yağı nanə bitkisinin yarpaqlarından alınan təbii efir yağıdır. Həzm sistemini normallaşdırmaq, baş ağrılarını aradan qaldırmaq, tənəffüs yollarını açmaq, ağrı və əzələ spazmlarını azaltmaq kimi bir çox faydaları var. 

News24.az xəbər verir ki, nanə yağı dəriyə qulluqda sızanaqları və yağlılığı azaldaraq, saç tökülməsinə qarşı təsirlidir. 

Nanə yağı həmçinin aromaterapiyada zehni aydınlığı artırır və enerji verir. Məişət təmizləyicisi, həşərat kovucu və otaq təravətləndiricisi kimi istifadə edilə bilər. 

Bununla belə, səhv istifadə edildikdə allergik reaksiyalara, dərinin qıcıqlanmasına və yan təsirlərə səbəb ola bilər. 

Hamilə qadınlar, körpələrini əmizdirən analar və uşaqlar ehtiyatla istifadə etməlidirlər.


Ağa Dadaşzadə



Seçilən
27
news24.az

1Mənbələr