AZ

1500 məktəb bağlanır? - Nazirdən açıqlama

Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov Azərbaycanda 4400 məktəbdən 1500-nün bağlanmasının planlaşdırıldığını açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev feysbukda sözügedən məsələyə aydınlıq gətirib.
“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”, - deyə nazir bildirib.
Seçilən
3
16
yenilik.az

10Mənbələr