Teymur Əhmədov adına “AzNar” QSC-yə yeni inzibati protokol yazılıb.
Pravda.az-ın xəbərinə görə, protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib.
İş Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Fəttahovun sədrliyi ilə araşdırılacaq.
Qeyd: "AzNar" QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur. QSC-nin qanuni təmsilçisi Bəylər Rəşid oğlu Abbasovdur.