AZ

Azərbaycan XİN-dən Polşa prezidentinin təxribatına REAKSİYA

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Polşa Prezidenti Andjey Dudanın Ermənistanla şərti sərhədə gəlməsinə münasibət bildirib.

Turkustan.az bildirir ki, bununla bağlı Azərbaycanın xarici siyasət idarəsi "X" sosial şəbəkəsində paylaşım edib.

"Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə Ermənistanda olan Avropa İttifaqı missiyasının (EUMA) üzvlərinin müşayiəti ilə səfəri, təəssüf ki, müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa qurumlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişidir.

"Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən dərin təəssüf hissi keçiririk", - paylaşımda qeyd olunub.

Bildirilib ki, Azərbaycan rəsmilərinin Polşanın Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinməyib:

"Azərbaycan bu qeyri-dost addıma qarşı müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır".

Azərbaycan

Seçilən
3
16
turkustan.az

10Mənbələr