AZ

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

"Arabica" növ qəhvənin fyuçers qiymətləri 1977-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.  

Valyuta.Az "Financial Times"a istinadən xəbər verir ki, bu gün Nyu-York birjasında "arabica" növ qəhvənin qiyməti 3%-dən çox artaraq bir funt üçün 3,18 dollara çatıb. Bununla da qiymətlər 1977-ci ilin səviyyəsinə yüksəlib və ilin əvvəlindən etibarən təxminən 70% artım qeydə alınıb. Xatırladaq ki, 1970-ci illərdə Braziliyadakı güclü şaxta qəhvə plantasiyalarının yarısından çoxunu məhv etmişdi.  

Qəhvəyə olan tələbat zəif məhsul proqnozlarının və ABŞ-da seçilmiş prezident Donald Trampın (Donald Trump) tətbiq etmək istədiyi yeni idxal rüsumlarının mümkün nəticələrinə dair narahatlıqların fonunda artıb.  

Hazırda Braziliyadakı qəhvə ehtiyatları kənd təsərrüfatı ilinin sonunda 1,2 milyon kisə səviyyəsində qiymətləndirilir ki, bu da keçən mövsümlə müqayisədə 26% azdır. Ölkədəki quraqlıq dünyanın ən böyük "arabica" istehsalçısının təchizatının azalmasına səbəb ola bilər. Dünyanın ikinci ən böyük qəhvə istehsalçısı olan Vyetnam bu il plantasiyalarını qızmar günəşdən qorumaq üçün ciddi səylər göstərib və məhsulunun bir hissəsini itirib. Digər tərəfdən, Kosta-Rikada güclü leysan yağışları 2024-cü ildə qəhvə məhsulunun 15%-ni məhv edib.  

Rəhim

Seçilən
27
valyuta.az

1Mənbələr