AZ

"Toyota" ən qədim modelini yenidən istehsal edir

 "Toyota" məşhur "Celica" modelini yenidən istehsal etməyə hazırlaşır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Toyota bir ildən çoxdur ki, yeni Celica haqqında ipucular verir. Sədr Akio Toyoda 2023-cü ilin oktyabrında Best Car jurnalı tərəfindən nəşr olunan müsahibəsində etiraf etdi ki, o, idman avtomobilini canlandırmaq üçün xahiş edib. 

Həmin vaxt Yaponiyada keçirilən avtoralli çərçivəsində "Toyota"nın direktorlar şurasının sədri Akio Toyoda bu modelə olan sevgisindən bəhs etmişdi. Bunun ardından, aprel ayında vəzifəyə başlayan "Toyota Motor"un yeni prezidenti Kodzi Sato "Celica"nı yenidən istehsal etməklə bağlı istəklərini ifadə etmişdi.

Best Car xəbər verir ki,  "hazırda müxtəlif şeylər üzərində işləyirlər və qısa zamanda Celica istifadəçilərə təhvil veriləcək.

Fidan
Milli.Az

Seçilən
27
1
milli.az

2Mənbələr