AZ

Qapanda Rusiya Baş Konsulluğu nə vaxt açılacaq

...Rusiya Ermənistandan ekzekvatura tələb edib, Ermənistan tərəfi isə hələ ki, müvafiq materialları göndərməyib.

Moskva Qapandakı baş konsulun ekzekvaturası ilə bağlı İrəvandan cavab gözləyir; bu prosedur diplomatik qurumun açılması üçün lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib ki, Ermənistan tərəfi əvvəllər Rusiya Baş Konsulluğunun açılmasına prinsipial razılıq verib, daha sonra Rusiya tərəfi baş konsul üçün ekzekvatur (baş konsulun ev sahibi tərəfindən tanınması-A.B.) istəyib.

Moskva indi cavab gözləyir. Ermənistan tərəfinin hələ də müvafiq materialları niyə göndərməməsinə gəlincə, Zaxarova sualı İrəvana ünvanlamağa çağırıb.

Rusiyanın Sünikdə(Zəngəzurda - A.B.)baş konsulluğunun açılması məsələsi son iki ildə nəzərdən keçirilir.

2023-cü ilin sentyabrından Rusiya diplomatik missiyasının açılmasına cavabdeh olan qabaqcıl qrup Qapanda yerləşdirilib.

Əli Babayev

Seçilən
18
1
sia.az

2Mənbələr