AZ

"Başakşəhər"ə 96-cı dəqiqə şoku

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura start verilib.

Axar.az xəbər verir ki, açılış matçında Türkiyənin "Başakşəhər" öz meydanda Moldova komandsı "Petrokub"la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hesabı 42-ci dəqiqədə penalti zərbəsindən Kşiştof Piontek açıb. Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça biliblər. Lon Borş dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubunun xallarının sayı 2-ə çatıb. "Petrokub" isə ilk xalını qazanıb.

Seçilən
9
11
axar.az

10Mənbələr