AZ

Yamal Avropanın ən yaxşısı seçildi

style='margin-bottom:10px;'>

"Barselona"nın futbolçusu Lamin Yamal “Golden Boy” mükafatını qazanıb.

QOL.az xəbər verir ki, bu barədə mükafatın mətbuat xidməti məlumat yayıb. Bu, Avropada ilin 21 yaşadək ən yaxşı futbolçusuna təqdim olunur.

17 yaşlı vinger 2024-cü ilidə Kataloniya klubunun və İspaniya millisinin əvəzolunmaz oyunçularından olub. O, yığmanın heyətində Avro-2024-ün qalibi olub. Həmin turnirdə 7 oyuna çıxaraq 1 qol vurub və 4 qolun ötürməsini edib. Hazırkı mövsümdə isə Yamal "Barselona"nın heyətində 16 matça çıxaraq 6 qol vurub və 8 qolun ötürməsini edib. 

Qeyd edək ki, “Golden Boy”un son qalibi “Real”ın futbolçusu Cud Bellinqem olub. Bu mükafatı Lionel Messi (2005), Erlinq Haaland (2020) və Kilian Mbappe (2017) kimi futbolçular da qazanıb.

Seçilən
20
3
teleqraf.com

8Mənbələr