AZ

Nüvə silahından istifadə riski yüksəkdir - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədri Dmitri Medvedev nüvə silahından istifadə riskinin yüksək olduğunu və NATO hərbi bazalarına zərbələr endirmək ehtimalının olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, “Al Arabiya”ya müsahibəsində bildirib: “Risklər yüksəkdir. Lakin bu o demək deyil ki, bu risklər geri dönməzdir”.

Medvedev Rusiyanın Polşa və Rumıniyada NATO hərbi bazalarına zərbələr endirmək ehtimalı ilə bağlı sualı isə belə cavablandırıb:

“Konkret hərbi obyektlərə, hər hansı dövlətdəki bazalara gəlincə, hazırda münaqişə eskalasiya ssenarisi üzrə inkişaf edərsə, heç nəyi istisna etmək olmaz, çünki NATO-ya daxil olan dövlətlər əslində bu münaqişəyə tam şəkildə qoşulublar”.

Seçilən
17
7
publika.az

10Mənbələr