AZ

Ukrayna 5 il müddətində Avropa Birliyinə üzv ola BİLƏCƏK

Ukrayna Avropa Komissiyasının, mandatı beş il davam edəcək yeni tərkibinin fəaliyyəti dövründə Avropa İttifaqına (Aİ) üzv ola biləcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X hesabında yazıb.

Dövlət başçısı Prezident Ursula Fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasının yeni tərkibinin Avropa Parlamenti tərəfindən təsdiqini alqışlayıb.

Zelenski Avropa Komissiyasının yeni tərkibinə vahid Avropanın möhkəmləndirilməsində və Aİ-nin qlobal lider kimi rolunun gücləndirilməsində uğurlar arzulayıb. O, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı əsas məsələlər üzrə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

Seçilən
20
8
unikal.az

10Mənbələr