Türkiyənin təsərrüfat və meşə nazirliyi insan sağlamlığını təhlükəyə atan qidalarla bağlı yeni məlumatlar açıqlayıb.
News24.az Milli.Az-a istinadən xəbər verir ki, nazirlik son dövrlərdə apardığı yoxlamalar nəticəsində şokolad və kakao məhsulları, alkoqolsuz içkilər, sucuk və digər qida məhsullarında qanunsuz və zərərli maddələrin aşkar edildiyini bildirib.
Aparılan yoxlamalarda şokolad və kakao məhsulları ilə alkoqolsuz içkilərdə müalicəvi təsir göstərən maddələr, sucukda isə ət yerinə tək dırnaqlı heyvan ətinin olduğu müəyyən edilib. Eləcə də, qanunsuz satılan məhsullarda qeyri-müəyyən maddələrin olduğu, məsələn, qırmızı şirin bibər tozundan bilinməyən maddə, pendirdən nişasta və kərə yağından isə bitki yağlarının aşkar edildiyi bildirilib.