Universitet müəllimlərinin ölkəni tərk etmə halları narahatedici səviyyədə artıb. Son bir neçə ildə universitet müəllimlərinin 25%-i mühacirət edib.
Bu sözləri İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf deyib.
O, xaricə köçənlər arasında savadlı müəllim və tələbələrin xüsusilə çoxluq təşkil etdiyini bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian da millət vəkili olduğu vaxt müəllimlərin ölkəni tərk etmə hallarının artması ilə bağlı bir neçə dəfə xəbərdarlıq etmişdi.
Müəllimlərin ölkəni tərk etməsi halları xüsusilə fərqli düşünənlərə qarşı təzyiqlərin artmasından sonra dahada artıb.
Narazı müəllimlərin cəzalandırılması və işdən qovulması ilə bağlı yayılan son hesabata görə, 2006-cı ildən bu günə kimi yüzlərlə müəllim dünyəvi görüşlərinə görə işdən qovulub.
Xüsusilə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən onlarla müəllim barədə "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.
visiontv.az