AZ

Sankt-Peterburqda 21 min immiqranta saxta sənəd düzəldən şəxs saxlanıldı

Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburqda 21 mindən çox immiqrantın qeydiyyatı və iş icazəsi proseslərinə qanunsuz yardım etməkdə ittihamlanan şəxs Pulkovo hava limanında saxlanılıb.

Hafta.az-ın yazdığına görə, Rusiya İstintaq Komitəsinin bəyanatında deyilir ki, Kamçatka əsilli şübhəli saxta qeydiyyat prosesləri ilə xarici vətəndaşlara yaşamaq icazəsi və iş sənədləri verməkdə ittiham olunur. Bildirilib ki, şübhəli şəxs və digər əlaqəli şəxslər bu əməliyyatlardan maddi gəlir əldə ediblər.

Araşdırma zamanı məlum olub ki, sözügedən mühacirlərin əksəriyyəti qeydiyyatda olduqları ünvanlarda yaşamağı planlaşdırmayıblar.

Hazırda şübhəli şəxs barəsində cinayət işi hazırlanır və bu kimi qanunsuz əməllərin qarşısının alınması üçün yeni əməliyyat tədbirləri həyata keçirilə bilər.

Seçilən
5
hafta.az

1Mənbələr