AZ

Türkiyə XİN "Cascais" Bəyannaməsi ilə bağlı açıqlama verib

Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda qəbul edilmiş "Cascais" Bəyannaməsində hər cür ayrı-seçkiliyə qarşı mübarizə əzmi vurğulanıb.

Xarici İşlər Nazirliyi 25-27 noyabr tarixlərində Portuqaliyanın Kaskais şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, Türkiyənin 2005-ci ildən birgə ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu noyabrın 25-27-də Portuqaliyanın ev sahibliyində keçirilib.

Xarici İşlər Naziri Hakan Fidanın da qatıldığı Forumda "Cascais" Bəyannaməsinin qəbul edildiyinə dair açıqlamada bildirilib ki, “Bəyannamədə müxtəlif mədəniyyətlər arasındakı dialoq və qarşılıqlı əlaqənin sülh və harmoniyada birgə yaşamağa töhfəsi vurğulanıb. Ayrıca irqçilik, irqi ayrı-seçkilik,  ksenofobiya, dini dözümsüzlük və hər cür ayrı-seçkiliyə qarşı mübarizəni davam etdirmək əzmində olduğu ifadə edilib.
Bəyanatda həmçinin vurğulanıb ki, zorakılığa səbəb olan ayrı-seçkiliyin heç bir din, milliyyət, sivilizasiya və etnik qrupla əlaqələndirilməsi yolverilməzdir.

Bəyanatda “Türkiyə başda İslam əleyhdarlığı olmaqla hər cür ayrı-seçkiliyə qarşı mübarizəni davam etdirəcək və Sivilizasiyalar Alyansına dəstək verəcək” deyilib.



Seçilən
2
trt.net.tr

1Mənbələr