AZ

Fərqli vaxtlarda yatmaq infarkt və insult riskini artırır

Müxtəlif vaxtlarda yatmaq infarkt və insult riskini artırır...

Poliqon xəbər verir ki, bu barədə Daily Star nəşri yazıb.

Nəşr vurğulayır ki, Kanadanın Ottava Universitetindən doktor Jean-Filip Khaput 72 mindən çox insanın gecə istirahətinin keyfiyyətini təhlil edib. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, yuxunun nizamlı olması müddətdən daha çox önəmlidir.

Kaput bir insanın gecə səkkiz saat yatması, lakin müxtəlif vaxtlarda yuxuya getməsi halında infarkt və insult riskinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

Nəşr qeyd edir ki, 40-79 yaşlı insanların vəziyyəti ilə bağlı müşahidələr 8 il davam edib. Tədqiqat çərçivəsində alimlər ürək dayanması, ürək çatışmazlığı müşahidə edib, həmçinin xəstəliklərin gecə istirahəti ilə əlaqəsini öyrəniblər.

Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr