AZ

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda tikilən növbəti gəmi istismara verilib

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” GəmiTəmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa edilən “Bərgüşadçay”yedək gəmisi istismara verilib. Gəmi Xəzər Dəniz Neft Donanmasınınbalansına götürülüb.

Trend bu barədə QSC-yə istinadən məlumatverir.

Gəminin uzunluğu 24,72 metr, eni 6,60 metr, bortunun hündürlüyü3 metr, suya oturumu isə 1,6 metrdir. Dedveyti 14 ton təşkiledir.

Gəmi 9 uzel sürətlə hərəkət edəcək və göyərtəsində 3 tonadək yükdaşıma qabiliyyətinə malikdir.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasiravadanlıqlar quraşdırılıb. Buraya stasionar VHF radiostansiyası,qəza radiomayakı (EPIRB), radiolokasiya cavabvericiləri, əlradiostansiyaları, Avtomatik İdentifikasiya Sistemi (AIS), KomandaYayım Qurğusu, maqnit kompası və radiolokasiya stansiyasıdaxildir.

Gəminin layihəsi ASCO Mühəndislik MMC-nin əməkdaşları tərəfindənhazırlanıb.

Xatırladaq ki, ZGTTZ-də peşəkar gəmi təmiri və dənizmühəndisliyi xidmətləri ilə yanaşı, 2017-ci ildən etibarən müvafiqsertifikatlaşdırma əsasında gəmilərin tikintisi də həyatakeçirilir.

Məqalədə:
Seçilən
19
8
az.trend.az

10Mənbələr