Xəstə idim. Əkiz uşaqların dünyaya gəlişi çox ağırdır. Doğuş hamiləliyim vaxtı, o ağır zamanlarda bir fincan çay belə mənə verməyib. Mən səndən niyə bunu istəməli idim ki?
Publika.az olay-a istinadla xəbər verir ki, bunu Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində deyib.
İllər əvvəl yaşadığı çətin anlarını proqramda bölüşən aparıcı bildirib ki, bu vəziyyətində həyat yoldaşı onu tək buraxmayıb:
“Mən Almaniyada ağır xəstə olarkən gözümü açanda baxıb gördüm ki, Doğuş dua edir ki, mənim canımı al, amma Xoşqədəmi öz övladlarına bağışla, çünki o çox gözəl anadır. Mən uşaqlarıma Xoşqədəmsiz analıq edə bilmərəm. Qulağım ilk bunu eşitdi. Gözlərim dolmuşdu”.