AZ

Bu məhsulun qiyməti kəskin DƏYİŞDİ - VİDEO

Quş ətinin qiymətində artım müşahidə olunur.

Titul.az Xəzər TV-yə istinadən bildirir ki, paytaxt sakinlərinin dediklərinə görə, əvvəllər 17-18 manata aldıqları hinduşka əti indi 19-20 manata təklif olunur.

Satıcılar qiymətlərin yüksəldiyini təsdiqləyirlər.

Bölgə bazarlarında da vəziyyət oxşar olaraq qalır. İsmayıllı sakinləri ötən illə müqayisədə qiymət artımını kəskin şəkildə hiss etdiklərini bildirirlər.

Satıcılar bahalaşmanın alıcı sayısına təsir etdiyini vurğulayırlar.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli qiymət artımının bir neçə səbəbi olduğunu qeyd edib. Xüsusən hinduşka, qaz və ördək kimi quş növlərinin kütləvi istehsal edilməməsi, bahalaşmanın əsas səbəblərindəndir.

İqtisadçı Xalid Kərimli son bir ildə ümumilikdə ət və ət məhsullarının 4,4 faiz bahalaşdığını açıqlayıb.

Ətraflı süjetdə:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
16
2
titul.az

3Mənbələr