AZ

İş və istirahət günlərinin yerləri dəyişdirildi - Əli Əsədov Qərar imzaladı

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Milli.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Milli.Az

Seçilən
80
50
milli.az

10Mənbələr