AZ

Marketdə niyə yarım çörək, 200 qram şəkər, 300 qram ət almaq olmur?

Ailə büdcəsinin idarə edilməsi dövrümüzün ən böyük çətinliyidir.

Bundan istifadə edən işbazlar marketinqlə vətəndaşları aldadaraq hər an onları artıq xərcə salmağa çalışırlar. Belə ki, marketlərdə şəkər tozu, un və un məmulatları, çay və digər çəki ilə satılan malları artıq paketləşdirib müxtəlif qiymətlərə təklif olunur. Üstəlik sizə uyğun olan çəkidə məhsuluda tapmaqda çətinlik çəkirsiniz.

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Sovet dövründə ərzaq mağazalarında nə alacağına adətən vətəndaş özü qərar verirdi:

“Məsələn, faktiki büdcəsi 100 qram şəkər tozu və ya 200 qram çay almağa yetən vətəndaş da mağazaya daxil olub büdcəsinə uyğun bazarlıq edə bilirdi.

Əgər istehlakçıya 200 qram mal əti, 200 qram şəkər tozu, 200 qram quru çay lazım idisə, tərəziyə yaxınlaşıb büdcəsinə uyğun istədiklərini rahatlıqla alırdı. Nəticədə siz tələbə, təqaüdçü, tək yaşayan bir nəfər olaraq günlük büdcənizə uyğunlazım olan hər şeyi ala bilirdiniz. Eyni zamanda, aldıqlarınız artıq qalmır, israfçılıq da olmurdu. Əgər növbəti gün sizə təkrar digər ərzaqlar lazım olacaqdısa, o zaman da bir nəfər üçün yetərli səviyyədə məhsul ala bilirdiniz. Amma indi siz bunu edə bilmirsiniz”.

O bildirib ki, ölkənin pərakəndə ərzaq dükanları şəbəkələşib.

“Sizə təklif edilən qənd, çay, şəkər tozu və sair öncədən qablaşdırılıb. Yalnız kolbasa, sosiska və meyvə tərəvəzdən başqa zəruri olan digər ərzaqlarınızı ala bilmirsiniz”.

Ekspert bildirib ki, hazırda qramla istediyiniz məhsulu ala bilmirsiniz, çünki açıq çəkidə satılan məhsullar çox az dükanda var:

“Bir zamanlar hətta mağazalarda bir çörəyin yarısını da almaq mümkün idi. Çünki axşam çörəyin yarısını yeyən vətəndaş səhər yenidən mağazadan yeni çörəyin yarısını ala bilirdi. Beləcə, çörək israf olmur və vətəndaş büdcəsinə qənaət etməklə yanaşı həm da yaxşı qidalana bilirdi. İndi ərzaq marketinqi təkcə bu şəkildə vətəndaşların istehlak hüququnu pozmur. Eyni zamanda, qiymətlər də baha olur. Məsələn, hazırda 1 kq şəkər tozu 1 manat 35 qəpikdir.

Qablaşdırma zamanı 700 qramlıq şəkər tozunu "endirim" yalanı ilə 1 manat 17 qəpiyə satırlar. Həm də sizə 70 qəpiklik, yəni 500 qram şəkr tozu lazım olsa, marketdə onu sizə tərəzidə çəkib verən olmayacaq”.

O hesab edir ki, hökumət istehlakçıların tapdanan hüquqlarını bərpa etməlidir:

“Vətəndaşa məcburi marketinqlə ərzaq satışı zamanı hüquqlarının pozulması barədə məlumat verilməli, marketlər qarşısında tələb qoyulmalıdır. Beləcə, həm vətəndaş ailə büdcəsinə qənaət etmiş olur, həm də ərzaq məhsullarının israfı baş vermir”.

Seçilən
7
1
turkustan.az

2Mənbələr