AZ

Sürücülər üçün keçirilən imtahanın tarixi

Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə dekabrın 1-də imtahan təşkil olunacaq. SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd edilib ki, imtahanda iştirak etmək üçün 93 nəfər qeydiyyatdan keçib.

Bildirilib ki, imtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar.

Məlumat verilib ki, imtahan 1 saat davam edəcək. İmtahanda iştirakçılara peşəkarlıq səriştələrinə dair 25 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 15 və daha çox bal toplamış sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamə təqdim ediləcəkdir.

Seçilən
24
30
sia.az

10Mənbələr