AZ

"Biz güc vasitəsilə sülhü təmin edəcək, Amerika və dünyanı yenidən təhlükəsiz edəcəyik" - Donald Tramp

 
"Tramp Ukrayna üzrə xüsusi nümayəndə təyin edib, onun təqdim etdiyi "sülh planı" nədən ibarətdir?.."
 
Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsinə müharibənin dayandırılması üzrə "sülh planı" ona təqdim edən, istefada olan general-leytenant Kit Kelloqu təyin edib.
 
Moderator.az xəbər verir ki, əvvəlcə bu barədə "Reuters" agentiliyi məlumat verib, sonradan Tramp özünün "Trurh Sosial" şəbəkəsində təsdiq edib.
 
"Kit mənim ilk administrasiyamda milli təhlükəsizlik sahəsində çox mühüm vəzifələrin icrasında görkəmli hərbi və biznes karyerasına nail olub. Biz birlikdə güc vasitəsilə sülhü təmin edəcək, Amerika və dünyanı yenidən təhlükəsiz edəcəyik", - Tramp yazıb.
 
Hal-hazırda Ukraynada müharibə üzrə xüsusi nümayəndənin olmamasına rəğmən, Tramp bundan öncə özəl olaraq belə vəzifənin yaradılmasında maraqlı olduğunu ifadə edib. 
 
Kit Kelloq və Ukrayna üçün "sülh planı"
 
 
Kelloq özünün "sülh planı"nı həmçinin Tramp dönəmində Milli Təhlükəsizlik Şurası qərargahının rəisi vəzifəsində olan Fred Fleytslə birgə işləyib hazırlayıb. Bu plan cəbhə xətlərinin dondurulması və Kiyevlə Moskvanı danışıqlara məcbur edilməsini nəzərdə tutur.
 
Təklif edilən strategiyaya görə, ABŞ Ukraynaya sülh danışıqlarına gedəcəyi təqdirdə daha çox Amerika silahı ala biləcəyini deməli olacaq. Eyni zamanda ABŞ Moskvaya danışıqlardan imtina edilməsinin Amerikanın Ukraynaya dəstəyinin artmasına gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq etməlidir. Ukraynanın NATO-da üzvlüyü yaxın gələcək üçün gündəlikdən çıxarılmalı olacaq.
 
Kiyevdən bütün ərazilərinin geri qaytarılması məqsədindən imtina etmək istənilməyəcək, lakin o, bunu diplomatik üsullarla edəcək, ehtimal ki, bu, yalnız qeyri-legitim prezident Vladimir Putin vəzifəsindən gedəndən sonra mümkün olacaq.
 
Bundan öncə "Reuters" agentliyi məlumat verib ki, Tramp Rusiyanın Ukrayna müharibəsi üzrə xüsusi elçisi vəzifəsinə özünün sabiq kəşfiyyat rəisi Riçard Qrenelli təyin etməyi planlaşdırır. O, müharibəni dayandırmaq üçün "muxtar zonalar" yaradılmasını təklif edib, habelə bəyan edib ki, Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək.
 
Kit Kelloq 1944-cü ildə anadan olub, ehtiyatda olan general və ABŞ Silahlı Qüvvələrinin veteranıdır. İki il Vyetnamda qulluq edib. Təqaüdə çıxmazdan öncə Qərargah rəisləri Birləşmiş Komitəsində kommunikasiyalar və kompüter texnologiyaları üzrə direktor vəzifəsində olub.
 
Kit Kelloq Trampın 2017-2021-ci illər prezidentlik dönəmində Ağ Evin Milli Təhlükəsizlik Şurası qərargahının rəisi və o zamankı vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri olub.
Seçilən
38
39
moderator.az

10Mənbələr