AZ

Lamiyə Vəliyeva evlənir: Əcnəbi idmançı ilə

İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva evlənir.

Publika.az xəbər verir ki, 22 yaşlı paraatlet Cənubi Afrika Respublikasından olan idmançı ilə ailə həyatı qurur.

Dördqat dünya çempion olan Vəliyeva artıq əcnəbi atletlə Bakıda nikaha daxil olub. Lakin cütlüyün toy mərasimi keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır (İdman.biz)

Xatırladaq ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazanan Lamiyə Vəliyeva Paris-2024-də də eyni uğuru təkrarlayıb.

Seçilən
1
23
publika.az

10Mənbələr