AZ

Livanlılar atəşkəs sonrası evlərinə dönür

Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşmasından sonra evlərinə qayıdan livanlılar yaşadıqları bölgədəki dağıntılardan şoka düşüblər.

Turkustan.az xəbər verir ki, hücumların əsas hədəfinə çevrilən paytaxt Beyrutun Dahiyə rayonuna qayıdan livanlılar dağılmış yollar və dağılmış binalarla qarşılaşıblar.

Qeyd edək ki, noyabrın 27-si Bakı vaxtı ilə saat 12:00-dan İsraillə Livan arasında atəşkəs rejimi qüvvəyə minib. İsrailin hərbi-siyasi kabineti atəşkəsə dair sazişi təsdiqləyib.

Sazişə əsasən, İsrail Livanın cənubundan qoşunlarını çıxarmalı, sərhəd bölgələrinə nəzarəti Livan hökumət ordusuna verməli, “Hizbullah” isə ağır silahlarını Litani çayının şimalından çıxarmalıdır. Razılaşmaya əsasən, bütün silahlı qanunsuz qüvvələr 60 gün ərzində tərk-silah olunmalıdır.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
17
10
turkustan.az

10Mənbələr