AZ

Türkiyədən Rusiyaya hazır geyim ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin Rusiyaya hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 faiz azalaraq, 306 milyon 901 min 85 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Rusiyaya 28 milyon 143 min 49 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 26,6 faiz azdır.” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq, 15,1 milyar dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 15 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 18 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Seçilən
29
20
turkic.world

10Mənbələr