AZ

İngiltərəli hərbçi İrana casusluq edirmiş: Məhkəmədə ETİRAF ETDİ

Keçmiş Britaniya ordusu əsgəri Daniel Khalife (Xəlifə) İrana casusluq etməkdə təqsirli bilinib.

Musavat.com xəbər verir ki, Londondakı Vandsvort həbsxanasından qaçışını etiraf edən Khalife, Britaniya məhkəməsi tərəfindən məhkum edilib.

Daniel Khalife casusluq fəaliyyəti ilə bağlı araşdırmalar çərçivəsində həbs edildikdən sonra Vandsvort həbsxanasından qaçmışdı.

Onun qaçışı geniş axtarış əməliyyatına səbəb olmuşdu. Lakin Khalife qısa müddət sonra yenidən ələ keçirilmişdi.

Məhkəmə zamanı Khalife İrana casusluq etdiyini qəbul edib. Onun bu fəaliyyətlərinin milli təhlükəsizlik üçün ciddi təhlükə yaratdığı bildirilib.

Hadisə ilə bağlı əlavə məlumatı BBC-nin saytında oxuya bilərsiniz.

https://bbc.in/418R4hT

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr