“Gürcüstan Rusiya ilə bağlı praqmatik siyasətini davam etdirəcək”.
Missiya.Az “Aktual.ge”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze parlamentdə çıxışı zamanı deyib.
“Ölkədə sülhü qorumaq və ərazi bütövlüyünü yalnız sülh yolu ilə bərpa etmək üçün biz Rusiyaya qarşı praqmatik siyasəti davam etdirəcəyik”, -deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az