Lukaşenko Putinlə zarafat etdi
Belarus Prezidenti Aleksandr Lukaşenko zarafatla Rusiya lideri Vladimir Putinə “Oreşnik” orta mənzilli ballistik raketlərini rəhbərlik etdiyi respublikanın ərazisində yerləşdirməyi təklif edib. Manset.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. "Mən böyük qardaşımla zarafat etdim: Dedim ki, Belarusda yerlər "Oreşnik"in yerləşdirilməsi üçün hazırdır", - Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı qeyd edib.