“Samsung” şirkətinin baş direktoru Li Jae Yonqa qarşı yeni iddia qaldırılıb.
Prokurorlar iddia edirlər ki, Samsung-un baş direktoru bu işdə həbs cəzasına məhkum edilməlidir. İşin bir neçə ay ərzində yekunlaşacağı gözlənilir.
Şirkətin baş direktoru Lee Jae Yong yeni bir dava ilə gündəmdədir. Li Jae-yong üçün 5 il həbs cəzası və 375 min dollar cərimə tələb olunur.
Lee Jae-yong adına 2020-ci ildən bəri iddia qaldırılıb. Həmin vaxt açılan iddiaya görə, Li Jae-yong 2015-ci ildə Samsung-un səhmlərinin qiymətlərini manipulyasiya edib. Mühasibatlıq tərəfində də bəzi saxtakarlıq iddiaları var. Bu ilin əvvəlində iş üzrə bəraət qazanan Li Jae-yong-a qarşı açılan apellyasiya işi Samsung-un baş direktoru üçün başağrısı kimi görünür./Milli.Az