AZ

Azərbaycan və Türkiyə Hərbi Dəniz qüvvələrinin təlimindən görüntülər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan və Türkiyənin Hərbi Dəniz qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimində növbəti tapşırıqlar icra olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin planına əsasən, hər iki ölkənin dəniz xüsusi təyinatlı bölmələri kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla zərərsizləşdirilməsi, həmçinin şərti düşmənin hədəf gəmisinə sualtı gizli yaxınlaşaraq xüsusi dəniz minalarının quraşdırılması üzrə tapşırıqları yerinə yetiriblər.
Birgə təlimdə əsas diqqət hərbi qulluqçuların nəzəri biliklərinin artırılmasına, praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.
Seçilən
18
oxu.az

1Mənbələr