AZ

Şahzadə Uilyamın görünüşü pərəstişkarlarını qorxudub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şahzadə Uilyam kəskin arıqlaması ilə pərəstişkarlarını qorxudub.
Oxu.Az bu barədə "Daily Mail"ə istinadən xəbər verir.
Məlumata görə, Şahzadə Uilyam noyabrın 27-də Londondakı "Savoy" hotelində keçirilən "Tusk Conservation Awards 2024" mükafatlandırma mərasiminə qatılıb. Böyük Britaniyanın Kralı III Çarlzın böyük oğlu tünd mavi kostyum, ağ köynək, qalstuk və qara ayaqqabı geyinərək ictimaiyyət qarşısına çıxıb. O, tədbirdə sıx saqqalla görünüb.
"Daily Mail"in oxucuları Şahzadə Uilyamın görünüşünü müzakirə etməyə başlayıblar. İnternet istifadəçiləri onun kəskin arıqlamasına təəccübləniblər.
"Başqa kim Uilyamın xəstə göründüyünü düşünür? Bəlkə də bu sadəcə saqqaldır, amma o, həm də çox arıq görünür", "Şahzadə Uilyam arıq, həddindən artıq arıq görünür. Ümid edirəm ki, o yaxşıdır", "O, çox arıq görünür, sanki saqqal nəyisə gizlədir", - deyə oxucular şərhlərdə yazıblar.
Seçilən
23
5
oxu.az

10Mənbələr