AZ

Böyük Britaniyada 50 ildən sonra ilk dəfə astma tutmaları üçün yeni dərman hazırlanıb

Tədqiqatçılar yarım əsrdən sonra astmanın ağır tutmalarının müalicəsində yeni üsul kəşf etdiklərini bildirirlər. Benralizumab adlı dərmanın klinik sınaqları, xüsusilə eozinofilik astması olan xəstələrdə steroidlərdən daha effektiv nəticələr göstərib.

QHT.az xəbər verir ki, bu dərman, ağciyərlərdə tənəffüs yollarının şişməsinə və bağlanmasına səbəb olan eozinofilləri hədəf alan monoklonal antikorlar vasitəsilə fəaliyyət göstərir. Xəstələr arasında dərmanı qəbul edənlərdə simptomların azaldığı, xəstəxanaya yerləşdirilmə ehtimalının isə azaldığı müşahidə olunub.

King's College professoru Mona Bafadhel, bu yeni yanaşmanın astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi xəstəliklərin fərqli iltihab növlərinə uyğun müalicə tətbiq etməyə imkan verdiyini vurğulayıb.

Tədqiqat The Lancet Respiratory Medicine jurnalında dərc edilib və benralizumabın steroiddən fərqli olaraq müalicə uğursuzluğu nisbətini 74%-dən 45%-ə endirdiyi bildirilib.

Hazırda dərmanın geniş istifadəyə çıxması üçün 2025-ci ildə başlayacaq daha böyük tədqiqatlar planlaşdırılır. Alimlər, bu yeniliyin yalnız effektivlik deyil, həm də iqtisadi baxımdan tətbiq oluna biləcəyini araşdırmaq niyyətindədirlər.

 

R.İmanov

Seçilən
44
7
qht.az

8Mənbələr