AZ

"İynənin gözündən keçəcək qədər incə" olmaq üçün sizə bu məhsul lazımdır

Arıqlamaq prosesi insandan insana dəyişir.

Turkustan.az xəbər verir ki, müxtəlif pəhriz siyahıları və fərqli məşqlərlə arıqlamağa çalışarkən, demək olar ki, hər kəs üçün ortaq effektlər verən təbii üsullarla da rastlaşırıq. Araşdırmalar göstərir ki, qarğıdalı bu mənada təsirlidir.

Son illərin trendi olan sağlam həyat vərdişlərini həyatlarına uyğunlaşdıran insanlar arıqlamaqda təbii üsulların təsirindən də yararlanırlar. Həddindən artıq pəhrizlər və gərgin məşqlər olmadan qısa müddətdə forma almağınıza kömək edəcək təbii üsullar tez arıqlamağın hiyləsi hesab olunur .

Təbii üsullarla arıqlamaq üçün təkliflər arasında önə çıxan bəzi qidalar var. Bu qidalardan biri qarğıdalıdır. Qaynadılmış qarğıdalı istehlak etmək təkcə sağlamlığa faydası deyil, həm də asanlıqla arıqlamağınıza kömək edir. Qarğıdalının kilo vermə prosesinə təsirləri bunlardır:

Qarğıdalı iştahı boğan qidadır. Toxluq hissi təmin edərək daha az kalori istehlak etmənizə kömək edən qarğıdalıların nizamlı istifadəsi, yeməklərdə daha az yeyərək toxluq hissi yaradır. Eyni zamanda kalorisi az olduğu üçün istehlakı çəki artımına səbəb olmur. Bundan əlavə, qarğıdalı liflə də zəngindir.

Tərkibindəki təbii lif sayəsində qarğıdalı aclıq hissini yatırmağa kömək edir və toxluq hissi verir. Lifli qidaların bədəndə həzm olunması daha uzun sürdüyü üçün siz daha uzun müddət aclıq hiss etməyəcəksiniz. Tədqiqatlar göstərir ki, tərkibində yüksək lif olan qidalar daha çox kalori verir. Bununla belə, qarğıdalıda yavaş həzm olunan karbohidratlar da var.

Tərkibindəki karbohidratlar sayəsində qarğıdalı qanda şəkər səviyyəsini saxlayaraq arıqlama prosesini dəstəkləyir. Qarğıdalı ilə arıqlamaq istəyənlər həftədə 2-3 dəfə qəlyanaltı olaraq 1 stəkan qaynadılmış qarğıdalı qəbul edə bilərlər. İstəyirsinizsə, yağsız popkorn da istehlak edə bilərsiniz və ya salatlara qaynadılmış qarğıdalı əlavə edə bilərsiniz.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
13
turkustan.az

1Mənbələr