AZ

Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə ETDİ

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Helsinkidə finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

Məlumatda bildirilib ki, Cənubi Qafqazda davamlı sabitliyin bərqərar olması kontekstində Ararat Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıb, həmçinin regional kommunikasiyaların açılmasına dair Ermənistanın baxışını təqdim edib.

Ermənistan və Finlandiyanın xarici işlər nazirləri regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Seçilən
25
6
unikal.az

10Mənbələr