Xəbər verdiyimiz kimi, Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır. Bu barədə Milli Məclisdə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.
O qeyd edib ki, hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib:

“Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzilənmir”.
Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.
Bəs bu kimi qərarlar Aİ-95 və Aİ-98-in qiymətinə necə təsir edəcək?
Referans.az xəbər verir ki, mövzu ilə bağlı Mİlli.Az-a iqtisadçı-ekspert Rəşad Həsənov açıqlama verib.
O bildirib ki, Aİ-95 markalı benzinin qiymətinin tənzimlənən məhsulların siyahısına daxil edilməsi məsələsi uzun müddətdir müzakirə olunur.
“Azərbaycan artıq bu məhsulu istehsal etməyə başlayıb. Hökumətin siyasəti konkret olmalıdır. Əgər yerli istehsal olan Aİ-92 markalı benzinin qiyməti tənzimlənirsə, Aİ-95 markalı benzinin də qiyməti tənzimlənməlidir. Bu tənzimlənmə müəyyən qədər bu istiqamətdə sosial aspektlərin qiymətlərin müəyyən edilməsinə təsirini artıra bilər. Burada qiymətləri Tarif Şurası müəyyən edir. Tarif Şurası bir çox məqamları nəzərə alır. Hazırda qiyməti müəyyən edən SOCAR-dır. Təbii ki, SOCAR sosial siyasətə cavabdeh qurum deyil. Buna görə də daha çox iqtisadi aspektlərdə məsələləri dəyərləndirir. Tarif Şurası ən azından nəzəri baxımdan sosial aspektləri də şirkətin iştirak mövqeyini də nəzərə almalıdır. Qanunvericiliklə iştirakda olan məhsulların xidmətlərinin qiymətlərini Tarif Şurası tənzimləmə gətirməlidir”.

Ekspert qeyd edib ki, yanacağın qiyməti ən son 2024-cü ildə 10 faizdən artıq, yəni Aİ-92 markalı yanacağın və dizelin qiyməti artırılıb. Ondan sonraki dövrdə neftin qiyməti ucuzlaşıb ki, bahalaşmayıb.
“Yəni məhsulun maya dəyəri aşağı düşüb, bahalaşmayıb. Belə bir şəraitdə yenidən qiymətin artması üçün iqtisadi faktor yoxdur. Bu məsələ ilə bağlı dəqiq proqnoz vermək çətindir. Bir sıra hallarda Tarif Şurasının qərarları gözlənilməz olduğu üçün bununla bağlı dəqiq qərar vermək mümkün deyil”.