AZ

Gürcüstanda kütləvi etirazlar başladı - Tbilisidən son GÖRÜNTÜLƏR

Gürcüstan hakimiyyətinin Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarından sonra ölkə ərazisində kütləvi etiraz aksiyaları başlayıb.

 

Modern.az xəbər verir ki, etirazçılar Rustaveli prospektini bağlayıblar.

 

Yerli medianın görüntülərinə görə, Tbilisidə parlamentin binası yaxınlığındakı meydan etirazçılarla doludur. Polis parlament binasına su şırnaqları gətirib və polislə toqquşma başlayıb.

 

Etirazlar fonunda “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze Avropa İttifaqı ilə assosiasiya sazişindən irəli gələn öhdəlikləri “dəqiqliklə yerinə yetirməyə davam edəcəyinə” söz verib.

 

Batumi, Kutaisi, Zuqdidi və Qoridə də etiraz aksiyaları keçirilir. 

 

Qeyd edək ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib ki, hökumət Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər gündəliyə gətirməyəcək.

 

Kobaxidze qeyd edib ki, Avropa İttifaqına üzvlük müzakirələrinin başlanması Gürcüstanı təhdid etmək üçün alət kimi istifadə olunur. Bu cür təhdidlər Gürcüstana namizədlik statusu məsələsində də edilib.

 

“Avropa İttifaqına inteqrasiyanın mərhəmət kimi müzakirə olunması qətiyyən yolverilməzdir" - deyə, Kobaxidze vurğulayıb.

 

 

Seçilən
13
6
modern.az

10Mənbələr