Metbuat.az xəbər verir ki, Suriya ordusunun mövqelərinə doğru hücuma keçən qruplar Hələb şəhərinə yaxınlaşıblar. Məlumata görə, üsyançıların nəzarətə götürdüyü ərazi 245 kvadrat kilometrə çatıb. Üsyançılar Hələb şəhərinin mərkəzindən 5 kilometr məsafədə mövqe tutublar. Məlumata görə, hücuma keçən üsyançılar Heyət Təhrir əş-Şam qruplaşmasının üzvləridir. Bildirilir ki, Hələb vilayətinin kənd yerlərində Suriya ordusu ilə İdlibdə yerləşən Heyət Təhrir əş-Şam arasında davam edən toqquşmalara dəstək vermək üçün hökumət əlavə qüvvələr cəlb edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta